ABŞ Venesuela ilə 65 milyard barel neft ehtiyatları üzərində nəzarəti təmin edəcək saziş imzalayıb
29.08.2026Amerika Birləşmiş Ştatları Venesuela ilə dünya tarixinin ən böyük neft sazişini imzalayıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigez ilə sıx əməkdaşlıq və özəl bizneslə tərəfdaşlıq yolu əsasında Venesuelada 65 milyard bareldən çox neft ehtiyatları üzərində ABŞ-nin nəzarətini təsdiq ediblər.
“Bu tarixi əməliyyat Amerika neft ehtiyatlarını iki dəfədən çox artıracaq və gələcəkdə bütün amerikalılar üçün qaz qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salacaq, eyni zamanda, Venesuelanın böyük uğur və rifaha doğru irəliləməsinə kömək edəcək. Bu əməliyyat Venesuela ilə ABŞ arasında onsuz da inkişaf edən münasibətləri xeyli gücləndirəcək”, – deyə Tramp əlavə edib.











