Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda avtomobil piyadanı vurub

29.08.2026 Off By Füzuli İsmayılov

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Avtomobil yolda qarşı tərəfə keçən Naxçıvan şəhər sakini, 1985-ci il təvəllüdlü Loğman Qələndər oğlu Quliyevi vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Share