Sabah Mərdəkan və Stansiya Qalada qaz olmayacaq

Sabah Mərdəkan və Stansiya Qalada qaz olmayacaq

01.09.2026 Off By Füzuli İsmayılov

“Qaz İxrac” İdarəsinə məxsus qaz xəttinin birləşmə nöqtəsinin köçürülməsi ilə əlaqədar sentyabrın 2-də saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsinin və Stansiya Qala yaşayış ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İB-dən məlumat verilib.

Share