Türkiyə ilə Gürcüstan qanunsuz miqrasiya və terrorizmə qarşı birgə mübarizə aparacaq
01.09.2026Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Tbilisidə rəsmi səfərdə olan Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ilə görüşüb.
Hakimiyyet.info.az xəbər verir ki, görüşdə Gürcüstan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında sıx və səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün gələcək prioritetləri müəyyən edilib.
Mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, terrorizmə qarşı birgə mübarizə barədə razılıq əldə olunub.
Nazirlər mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, onun daha da inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.











