Təmir işləri ilə əlaqədar Moskva prospektinin bir hissəsi bağlanacaq

Təmir işləri ilə əlaqədar Moskva prospektinin bir hissəsi bağlanacaq

02.09.2026 Off By Füzuli İsmayılov

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmir işlərinə sentyabrın 4-də saat 20:00-dan etibarən başlanılacaq.

Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Share