Salyanda zəncirvari qəza olub, yaralılar var 

Salyanda zəncirvari qəza olub, yaralılar var 

03.09.2026 Off By Füzuli İsmayılov

Salyan rayonunda bir mikroavtobus və 3 minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyan rayonu Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə zamanı mikroavtobus və “VAZ”, “İnfiniti”, “Mazda markalı nəqliyyat vasitələri toqquşub. Qəza zamanı xəsarət alan 5 nəfər Xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Share