Gürcüstan Qara dənizdə sahil mühafizəsi üçün beynəlxalq tender elan edib

Gürcüstan Qara dənizdə sahil mühafizəsi üçün beynəlxalq tender elan edib

04.09.2026 Off By Füzuli İsmayılov

Gürcüstanın İnfrastruktur Nazirliyinin Yol Departamenti Qara dəniz sahili boyunca sahil mühafizəsi və bərpa tədbirləri üzrə Ətraflı Mühəndislik Layihəsinin hazırlanması üçün beynəlxalq tender elan edib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə departament məlumat yayıb.

Bildirilib ki, layihə Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə həyata keçirilən “Yaşıl və İnklüziv Regional Qapı İnkişaf Proqramı” çərçivəsində hazırlanacaq.

Layihə çərçivəsində Gürcüstanın Qara dəniz sahili boyunca, o cümlədən Kobuleti sahili də daxil olmaqla, ən azı 9 prioritet ərazi üzrə ətraflı mühəndislik layihələrinin hazırlanması nəzərdə tutulur.

Sənəddə iqlim dəyişikliklərinin təsirlərinə davamlı sahil mühafizəsi və bərpa tədbirlərinin həyata keçirilməsi üçün zəruri mühəndislik həlləri müəyyənləşdiriləcək.

Qalib şirkət Ətraflı Mühəndislik Layihəsinin hazırlanmasını 9 ay ərzində başa çatdırmalıdır.

Maraqlı məsləhətçi şirkətlər təkliflərini oktyabrın 2-dək təqdim edə bilər.

Share