Sabah paytaxtın bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah paytaxtın bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

04.09.2026 Off By Füzuli İsmayılov

Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, təmir işlərinə sentyabrın 5-də saat 07:00-dan etibarən start veriləcək.

Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə qədər qüvvədə olacaq.

Share