Sabirabadda qəsdən yanğın törədən şəxs müəyyən olunub

Sabirabadda qəsdən yanğın törədən şəxs müəyyən olunub

09.09.2026 Off By Füzuli İsmayılov

Sabirabad rayonunun Narlıq kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini H. Şükürov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Share