Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

09.09.2026 Off By Füzuli İsmayılov

Azərbaycanda sentyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 24-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17, gündüz 25-29, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, bəzi yerlərdə 24 dərəcə isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 14-19, bəzi yerlərdə 24 dərəcə isti olacağı bildirilir.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17i, gündüz 25-29 dərəcə isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşamdan yağıntılar tədricən kəsiləcək. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-18, gündüz 23-27, dağlarda gecə 11-14, gündüz 15-18 dərəcə isti olacağı proqnozlaşdırılır.

Share