Gürcüstan kosmik təhlükəsizliklə bağlı üç beynəlxalq bəyannaməyə qoşulub
10.09.2026Gürcüstan kosmik təhlükəsizlik məsələləri ilə bağlı 3 fərqli beynəlxalq bəyannaməyə qoşulub.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
O deyib ki, ölkəsi bundan sonra bəyannamələr çərçivəsində müvafiq qərarların qəbul olunması prosesinə qatılacaq.
Həmçinin kosmik təhlükəsizlik məsələləri ilə bağlı məsələlərdə avropalı həmkarlarla sıx tərəfdaşlıq davam etdiriləcək.











