Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilk dəfə Almaniyaya dövlət səfərinə gəlib 

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilk dəfə Almaniyaya dövlət səfərinə gəlib 

10.09.2026 Off By Füzuli İsmayılov

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd Bin Zayed Al Nəhyan sentyabrın 10-da Almaniyaya dövlət səfərinə gəlib.

Hakimiyyet.info.az xəbər verir ki, səfər çərçivəsində BƏƏ Prezidenti Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb. Görüşdə liderlər iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığı daha da genişləndirmək niyyətlərini ifadə ediblər. Söhbət zamanı Yaxın Şərq, Sudan və Ukraynadakı münaqişələr də müzakirə olunub.

BƏƏ Prezidenti səfər çərçivəsində Kansler Fridrix Merts ilə də görüşəcək. Almaniya hökumətinin mətbuat və informasiya idarəsinin məlumatına görə, görüşdə strateji tərəfdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi, Yaxın Şərqdə sülh və sabitlik üçün birgə səylərin göstərilməsi və digər məsələlər müzakirə olunacaq.

Bu, Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Almaniyaya ilk dövlət səfəridir. BƏƏ Almaniyanın Körfəz bölgəsində əsas iqtisadi və ticarət tərəfdaşıdır. İki ölkə arasında diplomatik münasibətlər 1972-ci ildə qurulub.

Share