Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsdiyini elan edib
10.09.2026Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib və Əbu-Dabini ölkənin daxili işlərinə müdaxilədə ittiham edib. Hakimiyyət orqanları ikitərəfli münasibətləri qorumaq üçün bütün imkanların tükəndiyini bildiriblər.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə sentyabrın 10-da dövlət televiziyası məlumat yayıb.
Əlcəzair Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) respublikadakı səfirinə diplomatik münasibətlərin kəsilməsi barədə qərarın icrası üçün iki gün vaxt verib. Bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi məlumat yayıb.











