Livan və İsrail nümayəndələri gələn həftə Romada danışıqlar aparacaqlar

Livan və İsrail nümayəndələri gələn həftə Romada danışıqlar aparacaqlar

11.09.2026 Off By Füzuli İsmayılov

Livan və İsrail nümayəndə heyətləri sentyabrın 15-16-da Romada münaqişənin sülh yolu ilə həllinə dair danışıqların səkkizinci raundunu keçirəcəklər.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, görüşlərdə Livanın cənubunda, ordunun nəzarətində olan ərazilərdə yeni “pilot zonalar”ın yaradılması məsələsi müzakirə olunacaq.

Livanın Baş naziri Nəvaf Salam bildirib ki, hökumətin əsas məqsədi İsrail qoşunlarının ölkə ərazisindən tam çıxarılması və cənub sakinlərinin təhlükəsiz şəkildə geri qayıtmasının təmin edilməsidir.

Share