Tramp: İran münaqişəni Demokratların qayıdacağı ümidi ilə uzadır
11.09.2026İran ABŞ-də Demokratların hakimiyyətə qayıdacağına ümid edərək Vaşinqtonla münaqişəni uzatmağa çalışır.
Hakimiyyet.info.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
Tramp bildirib ki, İran Demokratların hakimiyyətə qayıdacağı və Tehranın nüvə silahına sahib olmasına imkan veriləcəyi qənaətindədir.
ABŞ Prezidenti, həmçinin İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) “nüvə silahına aparan yol” adlandırıb.











