Media: Oman sahillərində iki gəmiyə hücum edilib
11.09.2026Oman sahillərində iki gəmiyə hücum edilib, onlardan birində yanğın baş verib.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Xasab şəhərindən təxminən 4 dəniz mili qərbdə iki gəmiyə naməlum mərmilərlə zərbə endirilib. Gəmilərdən birində yanğın baş verib. Digər gəminin vəziyyəti barədə məlumat verilmir.











