İsveçrədə avtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanlar var
11.09.2026İsveçrənin şərqindəki Qraubünden kantonunda Niderlanda məxsus tur avtobusu qəzaya uğrayıb.
Hakimiyyet.info.az xəbər verir ki, kanton polisinin məlumatında hadisə nəticəsində bir neçə nəfərin həlak olduğu və bir çox insanın xəsarət aldığı qeyd edilib.
Qəzaya uğrayan avtobusda hərəkət edən turist qrupunun 48 nəfərdən ibarət olduğu bildirilir. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları, o cümlədən helikopterlər cəlb olunub. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.











