İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın tunellərini partladıb

İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın tunellərini partladıb

11.09.2026 Off By Füzuli İsmayılov

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Əli Taher silsiləsinin altında “Hizbullah” tərəfindən qazılmış yeraltı tunelləri partladıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, tunellər ötən həftə İsrail qüvvələri tərəfindən ələ keçirilib və döyüşçülərdən təmizlənib. İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz tunellərin məhv edilməsi barədə əmr verdiklərini açıqlayıblar.

İsrail tərəfi tunel kompleksinin “Hizbullah”ın Bədr briqadasının əsas qərargahlarından biri olduğunu bildirib.

Share