Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb

Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb

11.09.2026 Off By Füzuli İsmayılov

2005-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 10-u saat 21:00 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə AZƏRTAC-ın Ağdərədə minaya düşən şəxslə bağlı sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, sol diz oynağının əzilməsi, sol baldır nahiyəsinin açıq yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Share