Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
14.09.2026Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 606 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1467 (Cild I); 2024, № 3, maddə 340, № 7, maddə 930) ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə “rezidentlərə” sözü “vergi orqanlarında uçotda olmayan şəxslərə” sözləri ilə əvəz edilsin.
2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycan Respublikasında olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna (bundan sonra – vergi uçotu) alınmalıdır. Bu bənddə qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçirilir.”.
3. Aşağıdakı məzmunda 1.4-1-ci bənd əlavə edilsin:
“1.4-1. “Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.”.
4. 1.5.1-ci, 1.5.2-ci, 1.5.3-cü, 1.5.4-cü yarımbəndlərdə “rezident” sözü “vergi orqanlarında uçotda olmayan” sözləri ilə əvəz edilsin.
5. 1.7-ci bənddə “Vergi Məcəlləsinin XI fəslinin məqsədləri üçün” sözləri “vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 14 sentyabr 2026-cı il
№ 295











