Bu ilin 8 ayında Türkiyədən Azərbaycana ixracın həcmi 1,5 milyard dolları ötüb
14.09.20262026-cı ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana ixrac həcmi 1 milyard 541 milyon 916 min dollar təşkil edib.
Bu barədə AZƏRTAC Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına istinadla xəbər verir.
TİM-in məlumatına görə, Türkiyə ilə həmsərhəd olan 8 ölkə arasında cari ilin ilk səkkiz ayında Türkiyə məhsullarının ən böyük alıcısı İraq olub. Bu ölkəyə 5 milyard 758 milyon 899 min dollar dəyərində məhsul ixrac edilib.
Sonrakı yerlərdə Bolqarıstan – 3 milyard 439 milyon 40 min dollar, Yunanıstan – 2 milyard 293 milyon 38 min dollar, Gürcüstan – 1 milyard 949 milyon 857 min dollar, Suriya – 1 milyard 675 milyon 429 min dollar və İran – 1 milyard 541 milyon 916 min dollarla qərarlaşıb.
İlin əvvəlindən Türkiyənin Ermənistana ixracının həcmi isə 1 milyon 336 min dollar təşkil edib.











