Alyaskada güclü zəlzələ baş verib
17.09.2026ABŞ-nin Alyaska ştatında 6,3 maqnitudalı zəlzələ olub.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanın episentri Umnak adasındakı Nikolski yaşayış məntəqəsindən təxminən 167 kilometr qərbdə qeydə alınıb.
Zəlzələ nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat yoxdur.











