Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

17.09.2026 Off By Füzuli İsmayılov

Son bir ildə ABŞ və Qazaxıstan şirkətləri arasında ümumi məbləği 17 milyard dollar olan sazişlər imzalanıb.

Hakimiyyet.info.az Kazinform-a istinadla xəbər verir ki, bunu ABŞ-nin Almatıdakı baş konsulu Piter Kaufman KİV nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, həmin dövrdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 7 milyard dollara çatıb ki, bu da 2020-ci ilin göstəricisindən təxminən iki dəfə çoxdur.

“Amerika şirkətləri Qazaxıstan iqtisadiyyatına sərmayə yatıran ilk xarici investorlar sırasında olub. Son 35 ildə onlar 100 milyard dollardan çox sərmayə yatırıblar”, – deyə Piter Kaufman qeyd edib.

Hazırda Qazaxıstanda 600-ə yaxın Amerika şirkəti fəaliyyət göstərir.

Piter Kaufman ən perspektivli istiqamətlər sırasında nəqliyyat və logistika, süni intellekt və nadir torpaq minerallarını qeyd edib. Onun sözlərinə görə, Amerika şirkətləri faydalı qazıntıların hasilatı sektoruna investisiya yatırmağa böyük maraq göstərirlər.

Share