Yaşayış evindən pul oğurlayan şəxslər saxlanılıblar

Yaşayış evindən pul oğurlayan şəxslər saxlanılıblar

22.09.2026 Off By Füzuli İsmayılov

Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 min manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Share