Culfada qoşqulu yük avtomobilində yanğın baş verib
23.09.2026Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu ərazisində qoşqulu yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal Culfa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Scania” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və 1 ədəd qoşqusu yanıb, digər qoşqu yanğından mühafizə olunub.











