Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb
23.09.2026İqtisadiyyat nazirinin müavini Anar Axundov ölkəmizdə səfərdə olan Çex Respublikasının xarici işlər nazirinin müavini Mari Şatardova ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə enerji, nəqliyyat, əczaçılıq, texnologiya transferi və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial qeyd edilib.
Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin iki ölkə arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.











