Azərbaycan-Moldova strateji tərəfdaşlığının gündəliyi nəzərdən keçirilib

Azərbaycan-Moldova strateji tərəfdaşlığının gündəliyi nəzərdən keçirilib

24.09.2026 Off By Füzuli İsmayılov

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mihai Popşoi ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan-Moldova strateji tərəfdaşlığının gündəliyini nəzərdən keçirib, yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsinin, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən BMT və ATƏT çərçivəsində qarşılıqlı dəstəyin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin daha geniş regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Share