Azərbaycan və Albaniya XİN rəhbərləri ikitərəfli gündəliyi müzakirə ediblər
24.09.2026Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci yüksəksəviyyəli həftəsi çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoja ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tərəflər ikitərəfli gündəliyi müzakirə edərək, davamlı siyasi dialoqun, yüksəksəviyyəli əlaqələrin və BMT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.
Nazir C.Bayramov əsas enerji və nəqliyyat bağlantısı layihələri vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələri vurğulayıb. O, həmçinin həmkarını münaqişədənsonrakı regional reallıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, Ermənistanla davam edən sülh səyləri barədə məlumatlandırıb.











