Konqoda hərbi yük təyyarəsi qəzaya uğrayıb
26.09.2026Konqo Demokratik Respublikasında kiçik hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.
Hakimiyyət.info.az yerli mediaya istinadla xəbər verir ki, ölənlər arasında Konqo Hərbi Məhkəməsinin sədri general Motombo Katalay Tindi və Silahlı Qüvvələrin Baş müfəttişi Bakumi Likulya də var.
Bildirilib ki, Kikvetdən Kinşasaya uçan təyyarədə texniki nasazlıq baş verib. Kincidə qəza enişi cəhdi uğursuz alınıb və təyyarə yaşayış məntəqəsinə düşüb.
Hadisə ilə bağlı təhqiqata başlanıldığı bildirilir.











