Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri iqtisadi əlaqələri müzakirə ediblər
26.09.2026Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş əsnasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, xüsusən də iqtisadi-ticari, o cümlədən sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.











