Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
26.09.2026Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərlə hər üçü əvvəllər məhkum olunmuş V.Şahbazov, İ.Abışov və N.Məmmədli saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 16 kiloqram narkotik və 1340 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.











