Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir 

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir 

28.09.2026 Off By Füzuli İsmayılov

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qurumun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Dəniz Müdafiəsi Koalisiyasına müşahidəçi statusunda qoşula biləcəyini qeyd edib.

Hakimiyyet.info.az “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, Kaya Kallas Bab əl-Məndəb boğazı ilə bağlı son vəziyyətə dair açıqlamasında Qırmızı dənizdə ticarət gəmilərini müşayiət edən “Aspides” missiyasına əlavə hərbi-dəniz qüvvələri ilə dəstək göstərilməsinə çağırıb.

Kaya Kallas bildirib ki, müdafiə tələb edən gəmilərin sayı durmadan artır. O qeyd edib ki, “Aspides” missiyasına dəstək göstərilməsinə ehtiyac heç vaxt olmadığı qədər böyükdür.

Share