Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 

28.09.2026 Off By Füzuli İsmayılov

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində bu gün mina partlayışı hadisəsi baş verib.

Hakimiyyət.info.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı məlumatda bildirilib. 

Qeyd olunub ki, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bəxtiyar Mirzə oğlu Bayramovun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı Bəxtiyar Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

Share