Suriyada qaz boru kəmərində güclü yanğın baş verib
29.09.2026Suriyanın Deyr əz-Zor əyalətində qaz boru kəmərində güclü yanğın baş verib.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.
Məlumata görə, hadisə əyalətin cənubunda yaşayış məntəqələrindən birinin yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Yanğının səbəbi və qaz infrastrukturuna dəyən ziyanın miqyası araşdırılır.











