Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
01.10.2026Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar – Saatlı rayon sakinləri 1973-cü il təvəllüdlü Arzu İdris qızı Kərimova, 2018-ci il təvəllüdlü Zeynəb Vəli qızı Vəlizadə, 2011-ci il təvəllüdlü Adəm Rafiq oğlu Ağamalıyev və Hacıqabul sakini 1984-cü il təvəllüdlü Pərviz Ramiz oğlu İsgəndərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.











