Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranının fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranının fəaliyyəti məhdudlaşdırılıb

01.10.2026 Off By Füzuli İsmayılov

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.

AQTA-dan AZƏRTAC-a verilən məlumata görə, məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib.

Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.

Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.

Share