Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
01.10.2026Ukrayna silahlı qüvvələri Rusiya qoşunlarına “FP-7” ballistik raketindən ilk zərbələrini endirib.
Hakimiyyət.info.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook” səhifəsində məlumat verib. “Ukrayna taktiki ballistikası olan “FP-7”ni ilk döyüş istifadəsinə verilib. Nəticəyə görə təşəkkür edirəm”, – deyə Prezident yazıb.
Prezidentin sözlərinə görə, Ukrayna bu cür raketlərin istehsalını davam etdirəcək.











