İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

01.10.2026 Off By Füzuli İsmayılov

İngiltərə və Uelsdə həbsxanalarda sıxlığın qarşısını almaq məqsədilə tətbiq edilən yeni qaydalar çərçivəsində yüzlərlə məhbus vaxtından əvvəl azad edilməyə başlanıb.

Hakimiyyet.info.az BBC-yə istinadla xəbər verir ki, yeni sxem üzrə ümumilikdə təxminən 4 min 500 məhbusun vaxtından əvvəl azad olunacağı gözlənilir. Onlardan ilk 700 nəfərin bu gün həbsxanalardan buraxılması nəzərdə tutulub. Britaniya hökuməti bildirib ki, azad edilən şəxslər ciddi nəzarət altında qalacaq. Bunun üçün elektron qolbaqlardan istifadənin genişləndirilməsi də planlaşdırılır. Hökumət bu addımın həbsxanaların tam dolmasının qarşısını almaq üçün zəruri olduğunu vurğulayıb. Bununla belə, qərar zərərçəkmiş şəxslərin tənqidinə səbəb olub.

Azadetmə prosesi ümumilikdə 10 mərhələdə həyata keçiriləcək. Sonuncu mərhələnin 2027-ci ilin iyununda başa çatdırılması planlaşdırılır. İlk mərhələdə 19 aya qədər həbs cəzası alan məhbuslar azad edilir. 12 ildən çox müddətə sabit həbs cəzası alan daha ağır cinayət törətmiş şəxslərin isə sonrakı mərhələlərdə buraxılması nəzərdə tutulur.

Share