Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

03.10.2026 Off By Füzuli İsmayılov

Fransada lisey şagirdlərinin etiraz aksiyaları zamanı polis 5000-dən çox şəxsi saxlayıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes “TF1” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, yalnız oktyabrın 2-də 1747 nəfər saxlanılıb. Nazir həmin gün 735 təhsil müəssisəsində nümayiş keçirildiyini, 158 məktəbin isə zərər gördüyünü qeyd edib.

Lisey şagirdlərinin etirazları ötən həftə İl-de-Frans regionunda başlayıb və hazırda ölkənin digər bölgələrinə də yayılıb. Etirazçılar dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Share