ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb
03.10.2026ABŞ-Ukrayna Birgə İnvestisiya Fondu kritik mineralların hasilatı sahəsində ilk müqaviləsini imzalayıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) investisiya bölməsinin rəhbəri Konor Kolmana istinadla məlumat yayıb.
Müqavilə ukraynalı milyarder Gennadi Butkeviçin təsis etdiyi “BGV Group” ilə birgə investisiya platformasına təxminən 30 milyon dollar yatırılmasını nəzərdə tutur.
Kolmanın sözlərinə görə, platforma Ukraynada uran, berillium və sirkonium daxil olmaqla kritik minerallarla bağlı layihələri həyata keçirəcək.
Məlumata görə, fond Ukraynada enerji infrastrukturunun gücləndirilməsinə yönəlmiş daha dörd layihə üzərində də işləyir.











