Hörmüz boğazında neft tankerinə atəş açılıb
03.10.2026Hörmüz boğazında neft tankerinə atəş açılıb. Hadisə nəticəsində gəmi ciddi zərər görməyib.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ticarət Gəmiçiliyi İdarəsi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hadisə Oman sahillərindən təxminən 4 dəniz mili şərqdə baş verib. Tankerin kapitanı gəminin naməlum mərmi ilə vurulduğunu bildirib.
Hadisə nəticəsində ekipaj üzvləri arasında xəsarət alan olmayıb, ətraf mühitə də ziyan dəyməyib.
Qeyd edək ki, UKMTO bir gün əvvəl Hörmüz boğazında başqa bir gəmidə yanğın baş verdiyini açıqlamışdı.











