Şimali Koreya Yapon dənizinə doğru raket atıb
03.10.2026Şimali Koreya ordusu ölkənin şərq istiqamətində, Yapon dənizinə doğru raket atıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusunun komandanlığına istinadla məlumat yayıb.
Agentlik hadisə ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, təxminən iki həftə əvvəl Şimali Koreya Yapon dənizinə doğru iki qısamənzilli ballistik raket sınaqdan keçirib.











