Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
04.10.2026Azərbaycanda oktyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15°, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz. Lakin Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti, dağlarda 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.











