Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var
18.10.2026Hindistandakı kolleclərdən birində işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər həlak olub, 25 nəfər xəsarət alıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hadisə Telangana ştatında keçirilən ənənəvi “Dandiya” rəqs tədbiri zamanı baş verib. Rəqs meydançasının üzərində quraşdırılmış ağır metal işıqlandırma konstruksiyası qəfildən aşdığı üçün ərazidəki tələbələr qaçmağa imkan tapmayıblar.
Məlumata görə, konstruksiyanın aşmasından dərhal sonra ərazidə yanğın başlayıb.











