Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar
18.10.2026Fransanın Limoj şəhərində davam edən iğtişaşlar zamanı etirazçılar şəhərin tarixi bələdiyyə binasını yandırıblar.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, bir qrup etirazçı pəncərələri sındıraraq binaya daxil olub və yanğın törədib.
Bildirilir ki, binanın qərb qanadı istisna olmaqla, dam örtüyü aşağı mərtəbələrə çöküb və xarici konstruksiyaların üçdə ikisi tamamilə məhv olub. 143 illik tarixi binaya dəyən ziyan “mədəni irs üçün fəlakət” kimi qiymətləndirilir.
İğtişaşçılar, həmçinin şəhərdəki bir neçə mağazanı da talan ediblər.











