“Sabah” “Trabzonspor”u məğlub edib

“Sabah” “Trabzonspor”u məğlub edib

11.11.2026 Off By Füzuli İsmayılov

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Bakı təmsilçisi Türkiyənin “Trabzonspor” komandası ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında təşkil olunan görüş “Sabah”ın 91:72 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan çempionu III turda Fransanın “Nanter 92” komandasını da 87:80 hesabı ilə məğlub edib.

Komanda I turda Litvanın “Ritas” klubuna 73:82, II turda isə “Trabzonspor”a 83:100 hesabı ilə uduzub.

Share