Hamburqdakı atışma ilə iki nəfərin qətlə yetirilməsi arasında əlaqə təsdiqlənib

Hamburqdakı atışma ilə iki nəfərin qətlə yetirilməsi arasında əlaqə təsdiqlənib

11.11.2026 Off By Füzuli İsmayılov

Almaniya hüquq-mühafizə orqanları Hamburq şəhərində baş verən atışma ilə ölkənin cənub-qərbində iki nəfərin meyitinin tapılması arasında əlaqə olduğunu təsdiqləyib.

Müstəntiqlərin məlumatına görə, 68 yaşlı Almaniya vətəndaşı Hamburqda atəş açmazdan və intihar etməzdən əvvəl başqa bir federal əyalətdə həyat yoldaşını və qayınatasını da güllələyib.

Daha əvvəl Hamburqun Hafensiti rayonunda naməlum şəxsin atəş açması nəticəsində 39 yaşlı qadının və 40 yaşlı kişinin yaralandığı bildirilmişdi.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin ağır olduğu qeyd olunub.

Şübhəli hadisə yerindən qaçıb və sonradan Elb filarmoniyasının binasında yerləşən otelin otağında ölü tapılıb. İlkin məlumata görə, o, intihar edib.

Əməliyyat-axtarış tədbirləri zamanı müstəntiqlər mərhumun şəxsiyyətini müəyyənləşdirib. Daha sonra Ştutqart şəhərinin cənubunda, Baden-Vürtemberq federal əyalətinin Enninqen unter Axalm icmasında onun yaşadığı evdə axtarış aparılıb.

Hamburqda polisin xüsusi əməliyyatının aktiv mərhələsi başa çatıb. İstintaqa qətl işləri üzrə şöbə də cəlb olunub.

Hüquq-mühafizə orqanları cinayətlərin ailədaxili münaqişə zəminində törədildiyini ehtimal edir.

Share