Putin Qələbə Paradını təxirə salıb

Putin Qələbə Paradını təxirə salıb

16.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İkinci dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı təxirə salınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.

Koronavirus infeksiyasının yayılması təhlükəsi ilə bağlı Putin Qələbə paradının qeyri-müəyyən vaxtadək təxirə salındığını söyləyib.

O, “Qələbə paradı”nın və “Ölməz Alay” aksiyasının 2020-ci il ərzində keçiriləcəyini qeyd edib.

Paradın bu il mayın 9-da keçirilməsi nəzərdə tutulurdu.

Share