Sahibə Qafarova: Milli Məclis Azərbaycan Prezidentinin qarşıya qoyduğu mühüm vəzifələri uğurla yerinə yetirməyə çalışacaq

Sahibə Qafarova: Milli Məclis Azərbaycan Prezidentinin qarşıya qoyduğu mühüm vəzifələri uğurla yerinə yetirməyə çalışacaq

16.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova AZƏRTAC-a müsahibə verib. Trend müsahibəni təqdim edir:

– Sahibə xanım, bu, Milli Məclisin Sədri kimi sizinlə ilk müsahibəmizdir. Fürsətdən istifadə edib, sizi bir daha təbrik edir və uğurlar arzulayırıq.

– Təşəkkür edirəm, sağ olun!

– Bildiyimiz kimi, bu il fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif çıxış və nitqlərində bu seçkiləri Azərbaycanın demokratik inkişafı istiqamətində atılmış növbəti addım kimi dəyərləndirib. Seçkiləri izləyən beynəlxalq və yerli müşahidəçilərin mütləq əksəriyyəti də prosesi müsbət qiymətləndirib. Mövzunun aktuallığını nəzərə alaraq, sizin də bununla bağlı ümumi bir dəyərləndirmə aparmağınızı xahiş edirik.

– Azərbaycanın demokratik inkişafı tarixində mühüm mərhələlərdən birini təşkil edən 9 fevral Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər azad, şəffaf və ədalətli şəkildə keçirilmişdir. Azərbaycan xalqının, Azərbaycan seçicisinin iradəsi bu seçkilərin nəticəsində ifadə olunmuşdur. Rekord sayda – 1300 nəfərdən çox namizədin iştirak etdiyi prosesdə bütün namizədlərə bərabər imkanlar yaradılmış, onların seçicilərlə görüşləri, öz fikirlərini, düşüncələrini seçicilərə sərbəst çatdırmaları üçün hər cür şərait təmin edilmişdir.

Share