Azərbaycandan 85 ölkəyə məhsul göndərilib
16.04.2020Yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu müddətdə 85 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən isə idxal edilib.











